Detonatorlu bomba lyrics

Songs   2024-11-22 20:54:41

Detonatorlu bomba lyrics

Onda qulaq asda!

Əvvəli xoşuna gəlmirsə

Sonuna qulaq asda

Sözü başa düşmürsən?

Tonuna qulaq asda!

Saat 11 – yatmaq vaxtı

10-da qulaq asda!

Sualların cavabını tap, ancaq

Sakit dur!

Başına dirəmisən tapança

Sakit vur!

Tökülür qan necə

axır selik krandan

Səsimə iyrənclik qatan

Psixodelik dramlar

Ruhların şairiyəm

heyvanlarla işim yoxdur!

Qurdların banisiyəm

insanlarla işim çoxdur

Mənim vərdişim – oxdur!

vurmaq hədəfi düz gözündən

Mənim adım millətdir!

Ona görə danışıram özümdən

Bu ölkə ibarətdir:

70% maymaqlardan

Yediyi qabda siqaret söndürən

daydaylardan

’37-də ədəbiyyatdan

silinən qaymaqlardan

İbarətdir sözü üzə deyən

və yaltaqlardan!

MadHouse Renesans dövrü

Verse-lərim – Mona Lisa!

Verse-lərim Fast Food

Caesar Roll, Kono Pizza

Bizdə günah yoxdur

kimsə rap-i zəhərliyib

Himni əzbər bilmiyən

rap yazıb əzbərliyir

Bilmirəm nətər deyimki

getsin uça-uça

Sizdə “tolpa” varsa məndə

Mara Salvatrucha

Karabinəm! Pauza ver

Winchester, Mauser

Həyatım maraqlıdır?

işliyirəm merchandiser

Mən sanki Teodor Drayzer

yazıram life story

Dinləyicinin biri yaxşı

çıxacaq zay o biri

Demirəm day o birini

özün başa düş!

Çox yuxarı çıxmışdın?

İndi aşağı düş!

RG & Okaber

bir cürə kombo

Okapella Of Underground

detanatorlu bomba

Tik-tak tekstlə

heca takt rəqibim

Click Clack getsək necə

2Pac və Biggie

Fuck ləqəbi!

Söndür repi

danış şəxsən

Denən dalca danışmaqda

nə idi axı məqsəd?

Tövbə de! Nəysə

Qabağımdakı keysə

Flow sifəti əysin

“Stop-vperyod” asan olur

facedə

Elədiyini rap

adı ilə az itələ

Yerində olsam göndərərdim

butanı “rastrel”ə!

Məhz belə!

Hələ qalıbsa

sənin arxan gəl

MadHouse rap-də

yeddi arxangel

Who Shot Ya?

Kim vurdu səni

studiyada seçmədim

Söz verdim deyəsən

üstündən də çox keçmədi

Və inan bro,

rap-i mən seçmədim

Mənə yalvardı o!

Yoxsa çox vecimədi

Woof-woof

peçinədi, brat, peçinədi!

Siz yeraltısızsa onda

RG Əcinnədir!

Nə nədir? 3 sualım

Azrap-ə basdığım dağdır

Achtung! Achtung!

biz yox idik

*** qalxdı?!

See more
Okaber more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:https://www.facebook.com/okaber
  • Wiki:https://en.wikipedia.org/wiki/Okaber
Okaber Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved