Derinlerde [Azerbaijani translation]

Songs   2024-12-26 18:00:37

Derinlerde [Azerbaijani translation]

Mənə xəyallarımı geri ver

Qalanı həmişə səndə qalsın

Mənə son dəfə elə gül ki

Ürəyim də səndə qalsın

Mənə xatirədir atəşin

Yanaram, yanaram

Səni başqa kimsə tapa bilməz, itkinəm

Əzbərimdə üzün

Silmək elə asandı?

Kədərimdə bir düyün

Açmaq elə asandı?

Mənə xatirədir atəşin

Yanaram, yanaram

Səni başqa kimsə tapa bilməz, itkinəm

Dərinlərdə

Dərinlərdə, dərinlərdə

Mənə yollarımı qaytar

Uzağım həmişə səndə qalsın

Mənə son dəfə elə sus ki

Sözlərim də səndə qalsın

Mənə xatirədir bu ağrı

Qanayaram, qanayaram

Səni başqa kimsə tapa bilməz, yaralım

Əzbərimdə üzün

Silmək elə asandır?

Taleyimdə bir düyün

Açmaq elə asandır?

Mənə xatirədir atəşin

Yanaram, yanaram

Səni başqa kimsə tapa bilməz, itkinəm

Dərinlərdə

Dərinlərdə

See more
Mark Eliyahu more
  • country:Israel
  • Languages:Azerbaijani, Hebrew, Turkish
  • Genre:Folk
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Mark_Eliyahu
Mark Eliyahu Lyrics more
Mark Eliyahu Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved