고백송 [Confession Song] [gobaegsong] [Azerbaijani translation]

Songs   2024-05-04 17:14:51

고백송 [Confession Song] [gobaegsong] [Azerbaijani translation]

Uğursuz yüzlərlə etiraf

Çox cəsarətsiz hiss eidrəm, geri dönməliyəm?

Əminliklə etiraf edəcəyəm deyirəm

Amma sonunda heç bir hərəkət olmazsa bu mənasızdır

Sənin önündə başımı dik saxlaya bilmirəm

Sənə aşiqəm, niyə bu sözlər bu qədər çətindir?

Demək üçün dəfələrlə tərəddüd edirəm

Niyə sadə bir məktubu yazmaq bu qədər çətindir?

Dəfələrlə yazıb cırıram

Mənim hiss etdiyim kimi hiss etməyə bilərsən

Səni bir daha heç vaxt görməyə bilərəm

Qorxduğum şey budur

Sənə deməyə cəsarətim yoxdur

Bu mahnı ilə icazə ver

Sənə ürəyimi açım

Səni sevirəm, əzizim, mən

Səni sevirəm (uzun müddətdir)

Səni sevirəm, əzizim, mən

Səni sevirəm (sevirəm)

Bütün gün sənin cavabını gözləyirəm

Əmin olmaq üçün yazıb silirəm

Sözlərimdə heç bir səhv yoxdur

Bilmədən istəmədiyim sözlər deyirəm

Aynanın önündə çalışdığım dramatik sətirlər

Sənin önündə dayananda hamısı unudulur, həyəcanlanıram

Əllərim əllərinin önündə tərəddüd edir

Ürəyimin döyüntüsünün səsi yüksəlir

Onu eşidə bilərsən, bəli

Mənim hiss etdiyim kimi hiss etməyə bilərsən

Səni bir daha heç vaxt görməyə bilərəm

Qorxduğum şey budur

Sənə deməyə cəsarətim yoxdur

Bu mahnı ilə icazə ver

Sənə ürəyimi açım

Səni sevirəm, əzizim, mən

Səni sevirəm (uzun müddətdir)

Səni sevirəm, əzizim, mən

Səni sevirəm (sevirəm)

Ürəyim yüksək səslə döyünür

Qollarım sadəcə səni qucaqlayacağım günü gözləyir

Təqvimim sadəcə qırmızı ilə işarələnmiş günü gözləyir

Etirafım sadəcə cəsarətimi gözləyir

Mən hələ də utancaq bir axmaq olsam da

Ümid edirəm ki saysız gecələr boyu yazdığım bu mahnı

Sənə səmimiyyətimi çatdırar

Qulaqcığın bir tərəfini əlinə götür

Necədir?

Səni sevirəm, (səni sevirəm) əzizim, mən

Səni sevirəm (uzun müddətdir)

Səni sevirəm, (woo hoo~), əzizim, mən

Səni sevirəm (sevirəm, sevirəm)

  • Artist:GOT7
  • Album:MAD Winter Edition
See more
GOT7 more
  • country:Korea, South
  • Languages:English, Korean, Japanese, Chinese, Spanish
  • Genre:Dance, Hip-Hop/Rap, Pop, R&B/Soul
  • Official site:http://got7.jype.com/
  • Wiki:http://en.wikipedia.org/wiki/Got7
GOT7 Lyrics more
GOT7 Featuring Lyrics more
GOT7 Also Performed Pyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved