Cinayət və Cəza lyrics

Songs   2024-07-07 09:10:40

Cinayət və Cəza lyrics

(verse:Qaraqan)

Axı ona deməmişdilər ki bu gün evdə başqa adamlar olacaq

Həmişəki kimi səliqəsiz, otaq törtöküntü

Beynində ölçüb biçir, dünənndən çəkir, içir

İndi o oxşuyurdu özünü güldürmək istəyən klouna

Otaqda bir,iki,üç tanımadığı adam dört,beş!

Saatın qırağına tikilib baxış bəlkə tapılıb leş?

Beləcə fikirlər sinirlərini gəmirdikcə

Qonaqlar çay süzürdü bacısı stəkan gətirdikcə

Pəncərədən çöldə rəqs edir yanvar küləyi

Zərif sükutu pozdu azca səssiz öskürəyi

Otaqdan çıxa bilmir stress,şüphe,oyun, yalan,bic baxışlar,krizis

Necə tapdılar? Plintus içəridə tərpənir atasının addımlarından

Tarixin rekviemı. Skripkada çalır iblis, gəlin onu dinliyək

Ekranda Orxan Fikrətoğlu, babası divan sakitcə.

Bu evdə baş verənlər çoxdan deyil o kaftarın vecinə!

Bəlkədə xasiyyətdə atasından çoxu ona çəkir.

Kiçik qardaşı bütün otaqdakıları telefona çəkir

Hər şey senariyə uyğun, maskalar tərpənmir

Deyəsən hələ he kəs heç nədən şüphələnmir

(Nəqarət:Qaraqan)

Zaman donub. Onun gözləri gizlədir içindədi sirləri, sirləri sil

Yalan gərək heç kəs bilməsin silməmiş izləri silməmiş, silməmiş sil(x2)

(verse:Qaraqan)

Bacısı bir ildi gözlüyür gizlincə bu axşamı

Axır ki gəldi elçiləri sevgilisi Kamranın

Qızcığaz qanadlarınr, 21 yaşlı mələk

Əlləri əsir utancaq necə döyünür ürək

Anası baxır qadınların taxdığı qızıllara

Atası sorğu sual. Necə oğlandı? Nə işdiyir? Harda?

Qonaqlar gülərüz atası razılıq verəndə birdən

Qardaş qalxır, donur süküt qorxu qorxu !

Onların xəbəri yoxdu dünənki hadisədən

Bütün kadrlar beynində qarışıq hafizədən

Yarı içkili, yarı ayıq, yuxu, pozulmuş əsəblər

Yadında bıçaq! Bıçaq! Qan tökülür cırılmış böyrəkdən!

Bacısını evə ötürən o oğlanın yazıq baxışları

İndi onun meydi yaxınlıqdakı kanalizasiyadadı

Xəbərsiz valideyinlər, ölmüş oğlun elçiləri

Axı o nə biləydi ki, bacısı belə xoşbəxtdi...

(Nəqarət:Qaraqan)

Zaman donub. Onun gözləri gizlədir içindədi sirləri, sirləri sil

Yalan gərək heç kəs bilməsin silməmiş izləri silməmiş silməmiş sil(x2)

  • Artist:Qaraqan
  • Album:Qısa Qapanma
See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved