Bowling lyrics

Songs   2024-07-07 09:31:30

Bowling lyrics

(skit: Qaraqan)

Baku City, Qaraqan, 2010, Beat Pro, let`s go!

(Nəqarət: Qaraqan)

Rapim sanki bowling, topu kimi tökür qarşısını kəsəni, orda bitir əsəri

Six in the morning`dən gecə yarısına qədər kəsilmir bizim tracklərin səsi (x2)

(verse: Qaraqan)

Bizə söz atan çox, bizə söz qoşan çox

Ama ki, nömrə 1 olanda biz, hamı olur şok

Başlayır qalmaqal, forumlarda çükküldəşmə

Toyuq hininə elə bil xoruz girir ilk dəfə

Raplərim klassikadı, hər verse`üm master class

Biz konsert vermirik, veririk düşmənlərə yas

HOST kimə dost, kimə faciə

Düşmənlərimizə Əl-Fatihə

(Nəqarət: Qaraqan)

Rapim sanki bowling, topu kimi tökür qarşısını kəsəni, orda bitir əsəri

Six in the morning`dən gecə yarısına qədər kəsilmir bizim tracklərin səsi (x2)

(verse: Qaraqan)

Qaraqan qayıtdı, yeni stil, yow

Bu kinoda oynayıram mən pis rol

Mən satanist deyiləm, şeytanın elə özüyəm

Mən özümə vurğunam, nəinki özümdən razıyam

Səni içdən yandırır hər yeni addımı HOSTun

Çünki dinləyir sevgilin, çünki dinləyir dostun

Çünki sən də nə vaxtsa bu qazanda qaynamısan

Ama ki, çatmayıb gücün və səbrin, ayrılmısan

Sənin adın qalacaq ancaq doğum siyahısında

Sən mənzilinə Samsung daşıyan adi qarışqa

Əlində pop-korn, gözləyirsən mübarizə bizdən

Ama o güllə kimi çaxmalıdı sənin başında

Və kimsə qışqırır: `Qaraqan artıq sadə deyil`

Və kimsə qışqırır: `Sms`imə cavab vermir`

Və kimsə qışqırır: `Səmimiliyi, sadəliyi`

Yaxşı, siz olun sadə, biz mürəkkəbik!

(Nəqarət: Qaraqan)

Rapim sanki bowling, topu kimi tökür qarşısını kəsəni, orda bitir əsəri

Six in the morning`dən gecə yarısına qədər kəsilmir bizim tracklərin səsi (x2)

See more
Qaraqan more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Elkhan_Zeynalli
Qaraqan Lyrics more
Qaraqan Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved