A mano a mano [Azerbaijani translation]
A mano a mano [Azerbaijani translation]
Yavaş-yavaş hiss edirsən ki külək
Üzünə çırpılır və gülüşünü oğurlayır
Sona çatan bu gözəl mövsüm
Ürəyini aldadır və eşqini oğurlayır
Yavaş yavaş göz yaşlarında əriyir
Zamanın söndürdüyü şirin xatirələr
Onda ki bir otaqda qalırdıq
Pulsuz ama arzularla dolu günlər
Və yavaş yavaş itiririk, sən məni mən də səni
Və bu yaşananlar sənə mənasız görünür
Onda həmişə axşamlar daha real olurdun
Bu şənbə axşamındakı kimi yox...
ama... əlini ver və yanıma qayıt
Bağçamızdakı güllər yenə bitə bilər
Heç bir qışın heç vaxt soldura bilməyəcəyi...
sevgimin səninçün bitirəcəyi güllər...
və yavaş-yavaş görəcəksən
üzündəki həmin təbəssümü...
vəhşi küləklərin oğurladığı o təbəssüm
o sadiq eşqin
sənə qayıdacaq...
ama... əlini ver və yanıma qayıt
Bağçamızdakı güllər yenə bitə bilər
Heç bir qışın heç vaxt soldura bilməyəcəyi...
sevgimin səninçün bitirəcəyi güllər...
- Artist:Rino Gaetano