40-cı Qapı lyrics

Songs   2024-11-26 00:08:25

40-cı Qapı lyrics

(verse 1: AiD)

Mən bəzən düşünürəm ki, biz həyatdan filmə baxırıq,

Yoxsa filmdən həyata?!

Kainat çox qəribədir.

Nağıllar verir marağ ümüdsüz camaata.

Bir neçə saata sökülə bilər ömür boyu tikilən etibar qalası.

Cənnətə yol cızanların bağlanar qapısı.

Bir günlük fərz-fatihə qədər,

Bağlı qapılar mənə dərd verər.

Barmağında arzuları qatla,

Hər kəsin öz seçimi var həyatda.

Qapılar arxasındakı çapıqlar,

Qarşı tərəfin etiraz hissləri...

Yaddaşımda qorxunc fikirlər,

Hər yeni gün keçmişi gizlədir.

Mən bəzən fikirə gedəndə,

Gözlərim yol çəkəndə,

Gecə vaxtı Aya baxanda,

Yuxulu, ya da ki, oyaq qalanda...

Hər beynin öz düşüncəsi,

Hər ürəyin sevinci-kədəri var.

Kim dünyasını dəyişmək istər?!

Hər dünyanın öz dərdi vardır!

(nəqarət: PRoMete)

Çığırdım, bağırdım...

Qapı bağlıdır, qapı bağlıdır.

Əllərim uzana qaldı,

Qapı bağlıdır, qapı bağlıdır.

40-cı qapı, 40-cı qapı...

(verse 2: PRoMete)

Bizi nağıllarla böyütdülər ki,

Həyat asan görünsün bizə.

Gücümüz çatanlar cırtdan oldu,

Bizdən güclülər döndü divə.

Və bir gün böyüdük baxanda,

Gördük ki, həyat daha da qəddar.

Bizi bağlıyıb dörd divarlara,

Bizi bağlıyıb dörd divarlı evə...

Gücümü yığaraq bu divarı aşacam,

Axtarıb hardasa mən açarı tapacam.

Önümü kəsən qorxulu divi öldürüb.

Açarla 40-cı qapını mən açacam.

Gücümü yığaraq bu divarı aşacam,

Axtarıb hardasa mən açarı tapacam.

Önümü kəsən qorxulu divi öldürüb.

Açarla 40-cı qapını mən açacam.

(nəqarət: PRoMete)

Çığırdım, bağırdım...

Qapı bağlıdır, qapı bağlıdır.

Əllərim uzana qaldı,

Qapı bağlıdır, qapı bağlıdır.

40-cı qapı, 40-cı qapı... (x2)

See more
PRoMete more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://az.wikipedia.org/wiki/ProMete
PRoMete Lyrics more
PRoMete Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved