Yeni Səhifə lyrics

Songs   2024-10-05 07:38:21

Yeni Səhifə lyrics

Həyatımda yeni səhifə,yeni səhifə açıram

Günahkaram baxışından, görüşündən qaçıram

İstəmirəm məni görüb, ağlayasan sızlayasan

Son sözünü deyib mənə baxışınla dağlayasan

Düşünürəm ki boş xəyallar bu gün məni aldadır

Qəlbimdəki arzularım bəlkə bu gün dardadır

Sənlə keçən günlərimi unutmuram, unutmuram

Keçmişimi bu günlərlə, bir tutmuram, bir tutmuram

Sənsizlikdə zaman dolur, dəqiqələr ilə dönür

Sanki həyat zülmətləşir, gözlərimin nuru sönür

Düşünürəm ki boş xəyallar bu gün məni aldadır

Qəlbimdəki arzularım bəlkə bu gün dardadır

See more
Günel more
  • country:Azerbaijan
  • Languages:Turkish, Azerbaijani
  • Genre:Pop, Singer-songwriter
  • Official site:http://www.gunel.tv/
  • Wiki:https://tr.wikipedia.org/wiki/G%C3%BCnel
Günel Lyrics more
Günel Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved