Wildest Dreams [Azerbaijani translation]
Wildest Dreams [Azerbaijani translation]
[1. Bənd]
"Şəhəri tərk edək" dedi
"Şəhərdən kənara sürək, izdihamlardan uzağa"
İndi cənnətin belə mənə kömək edə bilməyəciyini düşündüm
Heç nə sonsuza qədər davam etməz
Amma bu məni yıxacaq
[1. Ön-Nəqərat ]
O çox hündürdür və çox yaraşıqlıdır
O çox pisdir, amma bunu çox yaxşı edir
Başlamağından sonunu görə bilirəm
Tək şərtim budur ki
[Nəqərat]
Məni xatırlayacağını söylə
Gözəl bir paltar geyinərkən, günəşin batmasını izləyərkən
Qırmızı dodaqlar və al yanaqlar, məni yenidən görəcəyini söylə
Ən vəhşi xəyallarında
Olsa belə, aah ha
Ən vəhşi xəyallarında, aah ha
[2. Bənd]
"Heç kim nə etdiyimizi bilməli deyil" dedim
Əlləri saçlarımdadır, paltarları otağımdadır
Və səsi tanışdır, heç nə sonsuza qədər davam etməz
Amma bu yaxşılaşır
[2. Ön-Nəqərat]
O çox hündürdür və çox yaraşıqlıdır
O çox pisdir, amma bunu çox yaxşı edir
Və son öpüşməmizdə
Son istəyim odur
[Nəqərat]
Məni çox gec olduğunda görəcəksən
Bütün gecə səninlə idim
Yanıb kül olacaq
Məni tərk etdiyin bir gün
Mərc gəlirəm ki bu xatirələr
Səni təqib edəcək
Məni xatırlayacağını söylə
Gözəl bir paltar geyinərkən, günəşin batmasını izləyərkən
Qırmızı dodaqlar və al yanaqlar, məni yenidən görəcəyini söylə
Bunu sadəcə yalandan etmiş olsan belə
[Nəqərat]
- Artist:Taylor Swift
- Album:1989 (2014)