Unter meiner Haut [Azerbaijani translation]
Unter meiner Haut [Azerbaijani translation]
Bax, işıqlar sadəcə bizim üçün yanır
Gəl, sənə şəhərimi göstərim
və insanlarla dolu küçələrə düşərik
və bütün gecə mahnı oxuyarıq
Bu gün mənə hər şey üçün söz verirsən
və mən hər söz üçün and içirəm
Və səma tünd qırmızı rəngə boyanır
və sən deyirsən ki, indi getməlisən
Yox, səni buraxmaram
Yox, getməyinə icazə vermərəm
və bilirəm, və bilirəm, və bilirəm
və bilirəm ki, indi özümü incidirəm
Amma mən səni hələ də dərimin altında daşıyıram
Səni dərimin altında saxlayıram
Nə qədər yandığı önəmli deyil
Bundan sonra nə gələcəyi önəmli deyil
Bəlkə biz nə vaxtsa yenə
Panic! at the Disco mahnıları oxuyarıq
Və hələ də evə gedə bilmirəm
çünki bu yanğın dayanmır
Bizi itirməkdən qorxuram
Bizi buraxmaqdan qorxuram
Və yenə aydınlaşacaq
Bütün işıqların söndüyünü görürük
Və qarışıqlıqda sakit bir öpüş daha
- və sən məni dayandırırsan
Yox, səni buraxmaram
Yox, getməyinə icazə vermərəm
və bilirəm, və bilirəm, və bilirəm
və bilirəm ki, indi özümü incidirəm!
Amma mən səni hələ də dərimin altında daşıyıram
Səni dərimin altında saxlayıram
Nə qədər yandığı önəmli deyil
Bundan sonra nə gələcəyi önəmli deyil
Bəlkə biz nə vaxtsa yenə
Panic! at the Disco mahnıları oxuyarıq
Qəlbimi sənin önündə daşıyıram
Amma ayaqlarım qaçır
Ayaqlarım artıq uyuşub
Və şəhərimiz demək olar ki unudulub
amma o vaxta qədər..
...mən səni hələ də dərimin altında daşıyıram
Səni dərimin altında saxlayıram
Nə qədər yandığı önəmli deyil
Bundan sonra nə gələcəyi önəmli deyil
Bəlkə biz nə vaxtsa yenə
Panic! at the Disco mahnıları oxuyarıq
Amma mən səni hələ də daşıyıram oh səni saxlayıram
Bəlkə biz nə vaxtsa yenə
Bəlkə biz nə vaxtsa yenə
Bəlkə biz nə vaxtsa yenə
Panic! at the Disco mahnıları oxuyarıq
- Artist:Elif
- Album:Unter meiner Haut (2013)