Sing For You [Azerbaijani translation]
Sing For You [Azerbaijani translation]
Köhnə gitaramı tuturam
Edə bilmədiyim bir etiraf
Ya da inadkarlıqla içimə atdığım o sözlər
İndicə bir mahnı yazmışam kimi
O sözləri deyəcəyəm
Sadəcə dinlə, sənin üçün oxuyacağam
Səni çox sevirəm amma
Bunu deyə bilmirəm
Qəribədir, qürurum buna icazə vermir
Bu gün cəsarətli olub
Sənə deyəcəyəm
Sadəcə dinlə, sənin üçün oxuyacağam
Ağlama şəklin, gülmə şəklin
Mənim üçün nə qədər önəmli olduğunu bilirsən?
Demək istədiyim sözlər, demək üçün fürsəti qaçırdığım sözlər
Etiraf edəcəyəm, sadəcə dinlə
Sənin üçün oxuyacağam, sənin üçün oxuyacağam
Sadəcə dinlə və gülümsə
Gülməlidir, deyilmi?
Mənim üçün sadəcə sən varsan
Bəzən bir yabançı kimiyəm
Əslində, qollarında olmaq
Və saçlarına toxunmaq istəyirəm
Və sənin qollarınla qucaqlanmaq
Ağlama şəklin, gülmə şəklin
Mənim üçün nə qədər önəmli olduğunu bilirsən?
Geriyə baxanda peşman olduğum sözlər
Üzr istəyəcəyəm, sadəcə dinlə
Sənin üçün oxuyacağam, sənin üçün oxuyacağam
Sadəcə hər şey yaxşıdır kimi davran
Hər gün şükr edirəm
Mənimlə olduğun üçün
Tanrının mənə verdiyi hədiyyə
Bu gün bitəndən sonra
Yenə yalnız ola bilərəm
Amma bu gün bunu demək istəyirəm
Ona görə sadəcə dinlə
Ağlama şəklin, gülmə şəklin
Mənim üçün nə qədər önəmli olduğunu bilirsən?
Demək istədiyim sözlər, demək üçün fürsəti qaçırdığım sözlər
Etiraf edəcəyəm, bir az qəribədir amma
Sadəcə dinlə, sənin üçün oxuyacağam, sənin üçün oxuyacağam
Sadəcə dinlə, sənin üçün oxuyacağam
- Artist:EXO
- Album:Sing For You