Simpatiçni Oğlanam [Turkish translation]

Maşın fulun fuludu var altında da disk təkərdə
Bir yandan da cəlb edir adamı plyonka pərdə
Uzaqdan gələndə çönür hamı baxır maşınıma
Polnıy xodda maqnitafon seçilirəm bu şəhərdə
Çölə çıxmağa peşmanam
Var maşınım, var imkanım, simpatiçni oğlanam
Özümə görə var açarım simpatiçni oğlanam

Özümə görə var açarım, simpatiçni oğlanam(x2)
Xaricdə bəyənməyir hər cür imici qızlar
Bizi görəndə podxod eyləyir qaqaş, cici qızlar
Çoxdur azərbaycanlı simpatiçni qaqaşlar
Bizim oğlanlardan ötrü ölür xarici qızlar
Millətimə qurbanam
Var maşınım, var imkanım, simpatiçni oğlanam
Özümə görə var açarım simpatiçni oğlanam
Var maşınım, var imkanım, simpatiçni oğlanam
Özümə görə var açarım, simpatiçni oğlanam(x2)
Lap gözəl, qəşəng qız ola çətin özümü itirərəm
Xaricin ən gözəl qızını Bakıya qədər gətirərəm
Bizlərə paxıllıq edir çoxları, göz dəyməsin
Qorxuram ki, sonra göz dəyər həyatımı itirərəm
Bu dünyaya mehmanam
Var maşınım, var imkanım, simpatiçni oğlanam
Özümə görə var açarım simpatiçni oğlanam
Var maşınım, var imkanım, simpatiçni oğlanam
Özümə görə var açarım, simpatiçni oğlanam(x2)
Mesajları səhv atıram, sən öl itibdir yaddaşım
Zənglərə cavab verməkdən uje dağılır başım
Ona görə də gündə bir dənə nömrə dəyişirəm ataş
Adama nə qədər zəng gələr, mesaj gələr ay qardaşım
Özüm özümə heyranam
Var maşınım, var imkanım, simpatiçni oğlanam
Özümə görə var açarım simpatiçni oğlanam
Var maşınım, var imkanım, simpatiçni oğlanam
Özümə görə var açarım, simpatiçni oğlanam(x2)
- Artist:Üzeyir Mehdizadə