Sevgili Canan lyrics

Songs   2024-07-06 07:44:34

Sevgili Canan lyrics

Hüsnün gözəl ayətləri,

Ey sevgili canan!

Olmuş bütün aləmdə

Sənin şəninə şayan.

Gəl eylə nəvaziş,

Mənə ver busə ləbindən,

Çünki gözəlin

Busəsidir aşiqə ehsan.

Sordum ki, könül,

Hardadı, aldım bu cavabı:

“Gəl sorma, tapılmaz,

Onu axtarsa da insan.”

Rəhm eylə-deyib, sel kimi

Göz yaşımı tökdüm,

Gəl qanım ilə oynama,

Ey afəti-dövran.

İnsafın əgər var isə,

Söylə bu Nizami

Sənlə necə rəftar eləsin,

Ey mahi-taban?

Gəl sevgili canan!

See more
Polad Bulbuloglu more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Russian
  • Genre:
  • Official site:
  • Wiki:https://en.wikipedia.org/wiki/Polad_B%C3%BClb%C3%BClo%C4%9Flu
Polad Bulbuloglu Lyrics more
Polad Bulbuloglu Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved