Sərhədlər Var lyrics

Songs   2024-12-22 19:23:46

Sərhədlər Var lyrics

(skit: PRoMete)

Buzxanalar indi insanlardan soyuqluğun formulunu öyrənir.

Münasibət qurmağ yox, münasibət qırmaq erasında yaşayırıq.

Siz də soyuqdan donmamış üstünüzə qalın bir şeylər geyinin.

Az gəlsə, bir az da qalın, az gəlsə, bir az da qalın...

(verse 1: PRoMete)

Boş daxmaların qıfıllarından

Araba düzəldib yola çıxdım.

Xoş anamın sığallarından

Ayrılıb yollarda yoxa çıxdım.

(nəqarət: PRoMete)

Arzular çox böyük amma,

Dünyada sərhədlər var.

Doydurublar bizi şirin yalanla,

Acı-acı gerçəklər var. (x2)

(verse 2: AiD)

Hər günü eyni yaşamaqdan bezdim,

Vərdişləri qırmağa başladım.

Oturmaqdan yorulmuş ayaqları

Gəzməklə yormağa başladım.

Yol cızdım özümə,

Mənə cızılan yolları pozmağa başladım

Və anladım ki, gec qalmışam 2008 il,

Elə bu andan qaçmağa başladım.

(verse 3: PRoMete)

Mən özümü itirdim bu yollarda,

Məni tapın anama verin mənimi.

Deyin - "özü də gələcək

Sərhədləri silərək".

Əsən hər külək

Gətirəcək lələk.

(nəqarət: PRoMete)

Arzular çox böyük amma,

Dünyada sərhədlər var.

Doydurublar bizi şirin yalanla,

Acı-acı gerçəklər var. (x2)

(verse 4: AiD)

Mən sənin ümidivin baş hissəsi,

Sən yaralarından aralana bilmədin.

Dən düşəndə ağaran saçlar,

Səni qara baxışdan uzaqda qoymadı.

Sən qızıl qəfəsin içində bülbül,

Endiyin dərələrə zirvələr endi.

İtdi bitən ömrüvün səs sorağı da,

Qara ləkə sayılır sərhədlər indi.

(nəqarət: PRoMete)

Arzular çox böyük amma,

Dünyada sərhədlər var.

Doydurublar bizi şirin yalanla,

Acı-acı gerçəklər var. (x2)

See more
PRoMete more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian
  • Genre:Hip-Hop/Rap
  • Official site:
  • Wiki:https://az.wikipedia.org/wiki/ProMete
PRoMete Lyrics more
PRoMete Featuring Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved