Səndən Bir Dənədir [Turkish translation]

  2024-07-01 09:36:23

Səndən Bir Dənədir [Turkish translation]

Görəsən məndən neçə dənədir?

Biri yerdə və biri göydədir

Biri xoşbəxt və biri dərddədir

Biri itkin və biri dəbdədir

De görüm məndən neçə dənədir?

Biri qəmgin, biri təntənədir

Biri ölmüş, biri ürəkdədir

Biri evdə, biri səhnədədir

Kim bili məndən neçə dənədir?

Biri səssiz, biri nəğmədədir

Biri bəmdə o biri zildədir

Biri geridə və biri öndədir

Biri şərqdə, biri qərbdə.

Biri cənub, biri şimalda.

Sanki məndən min dənədir

Yalnız səndən bir dənədir

Bil ki səndən bir dənədir, bir dənədir, bir dənədir

Sən mənim bir dənəmsən, bir dənəm (x2)

Görəsən məndən neçə dənədir?

Biri parlaq, biri kölgədədir

Biri düzgün, biri döngədədir

Biri üzgün ve biri keyfdədir

De görüm məndən neçə dənədir?

Biri susqun, biri deyingəndr.

Biri sükut, biri müharibədir

Biri segah, biri tərəkəmədir

Kim bilir məndən nəçə dənədir?

Biri sakit, biri zəlzələdir

Biri sığal və biri zərbədir

Biri təp təzə və biri köhnədir

Nədir? Nədir? Nədir? Nədir? Nədir? Nədir?

Biri ölüb və biri əbədi.

Sanki məndən min dənədir

Yalnız səndən bir dənədir

Bil ki səndən bir dənədir, bir dənədir, bir dənədir

Sən mənim bir dənəmsən, bir dənəm (x2)

Hamı bir yerdə oh-oh

Hamı bir yerdə oh-oh

(Rəqs et, amma, amma, amma utanma)

Bil ki səndən bir dənədir, bir dənədir, bir dənədir

Sən mənim bir dənəmsən, bir dənəm (x3)

(Rəqs et, amma, amma, amma utanma)

See more
Miri Yusif more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish, Russian
  • Genre:Hip-Hop/Rap, Reggaeton
  • Official site:http://www.facebook.com/profile.php?id=100005237944731&ref=ts&fref=ts
  • Wiki:http://en.wikipedia.org/wiki/Miri_Yusif
Miri Yusif Lyrics more
Miri Yusif Featuring Lyrics more
Excellent recommendation
Popular
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved