Ümidlər Qəbirstanlığı lyrics
Ümidlər Qəbirstanlığı lyrics
(verse: Qaraqan)
Parçalandı qəlbimin sınıq divarları
Göz yaşımla qızdırırdım soyuq məzarları
Son intizarları, səbrimin, aşar hasarları
Ölmüş ümidlər qəbristanlığının açarları
Nəzərləri, azarları
Arzular uzaq
Qırıldı qələmi, yandı kağızı dəli yazarların
Dərin əsərləri sevgimin edirdi ixtisar
Qəlbimin bağlanır yalan gülüş bazarları
Qəzəlləri yazmışam mən, özümü alova atmışam mən
Yatmışam mən, iztirab dənizlərində batmışam mən
Tənha uzanan ayağım altda keçmişin xəzəlləri
Göz yaşlarım doldurar neçə Xəzərləri
Aşiqanə repçinin, eybəcər gözəlləri
Sona çatar, daşıdı kürəyi, əbədi bəd nəzərləri
Qatarları əridi, yox oldu dəmir yollarında
Qırmızı bulaqlar axanda qollarımda
(Nəqarət: Qaraqan)
Mən, ağlamağa gəlmişəm (Qəlbimin içində)
Ölülərin gözünü bağlamağa gəlmişəm (Onsuzda görmürlər)
İnsanlardan qurtaraq, məhv olan insanlığı
Qəlbim ölmüş ümidlər (ürəylər) qəbristanlığı
(Ağlayan da insan, ağladan da insan)
(verse: Dərviş)
Yağış, gecə, buludlu hava və mən burdayam (Harda?)
Ölmüş ümidlər qəbristanlığındayam (Niyə?)
Bilmirəm, bəlkə mən də kiminsə, ümidiydim, öldüm (Niyə?)
Bilmirəm, bəlkə qiyamət qopdu, mən də bura döndüm
Heç nə anlamayan gözlərimlə baxdım ətrafa (Nə etdin?)
Heç nə, dəli kimi başladım qışqırmağa (Nə?)
Dirilin ölülər!!
Dirilin etibarsız ümidlər!! (Nə etdilər?)
Nə qədər qışqırdımsa səs çıxmadı
Lal kimiydilər
Gəzdim məzarlığı, yerimi, qəbrimi axtardım
Üzərində adları olan başdaşlarına rastladım (Nə yazılmışdı?)
Xoşbəxt olmaq, Sevmək, Hər istədiyinə yetmək
Nə üçün yaşadığını başa düşmək, dərk etmək, (Sonra?)
İnsanı yaşayan vaxtda qiymətləndirə bilmək..
Sıxıldım gördüklərimdən, bezdim və dayandım
Qəbrimi tapdım, uzandım yerimə, yumdum gözümü
Oxumağa başladım: (Nə?)
(Nəqarət: Qaraqan)
Mən, ağlamağa gəlmişəm (Qəlbimin içində)
Ölülərin gözünü bağlamağa gəlmişəm (Onsuzda görmürlər)
İnsanlardan qurtaraq, məhv olan insanlığı
Qəlbim ölmüş ümidlər (ürəylər) qəbristanlığı
(Ağlayan da insan, ağladan da insan)
(skit)
Sən yetimçiliyin nə olduğunu bilmirsən.. Əgər Hüseyn, Cəmil, ya mən, bir-birimizi istiiriksə, heç bir şey o sevgini azalda bilməz
(verse: AiD)
Sevgi hekayəsi deyil, qəm nağılıdı yazdığım
Güllər üçün bir dərə deyil, qəbirdi qazdığım
Azdığım nifrətlə dolu bir gülüş dəryasıdı
Ümidlərimi sıraladığım yer ümidsizlik dünyasıdı
Ölülərin siyahısıdı evimə gələn dəvətnamələr
Peyda olan çarələr, hər tərəfdən zərbələr
Endirirdi nəğmələr, od saçırdı güllələr
Qəbirlərdə çiçəklər, azalmışdı səbəblər
Düzgünlük axtarırdı üçyüz görmüş qara qarğa
Sonsuz ömür yalan imiş, bildi qaldı bağıra-bağıra
Yolunu axara satdı, getdi, qulaqlarda qəmli repdi
Sətirlərdə ölü ümiddi
Gözündə yaş qalan AiDdi
Həyatımdan əsər yazdım
Yaşardı səhifələr
Doldu gözlərim, qaraldı səhərlər
Ölülər məzarını gizlədi
Baş daşlarını əzizlədi
Hər an sonunu gözlədi
Pessimizm bizdədi..
(Nəqarət: Qaraqan)
Mən, ağlamağa gəlmişəm (Qəlbimin içində)
Ölülərin gözünü bağlamağa gəlmişəm (Onsuzda görmürlər)
İnsanlardan qurtaraq, məhv olan insanlığı
Qəlbim ölmüş ümidlər (ürəylər) qəbristanlığı
(Ağlayan da insan, ağladan da insan) (x2)
- Artist:H.O.S.T.