하루의 끝 [End of a day] [haluui kkeut] [Azerbaijani translation]
하루의 끝 [End of a day] [haluui kkeut] [Azerbaijani translation]
Əllərini uzat və boynuma sarı
Bir az aşağı, çiyinlərimi masaj et
Yorucu bir günün sonunda, günəş çoxdan doğmuş olsa belə
Mən nəhayət ki gözlərimi bağlayıram
Mən qapımı günə digərlərindən daha gec bağlayıram
Zarafatla qulağımı qıdıqlayırsan
Çünki bütün gün başqa dünyalarda olmuş olsaq belə
Hər zaman günü birlikdə tamamlayırıq
Balaca çiyinlərin, balaca əllərin
Günün sonunda mənim rahat yorğanım olurlar
Bu gün yaxşı iş gördün, həqiqətən çox çalışdın
Ümid edirəm ki mənim çiyinlərim və qalın əllərim
Sənin rahatlığın olarlar, yorucu gününün sonunda
Nəfəsimi təbii olarak səninkinə uyğunlaşdırmaq istəyirəm
Vannanın içində səni çevrələyən su kimi, heç bir boşluq qalmadan
Səni qucaqlamaq istəyirəm, heç bir boşluq buraxmadan
Qeyri-adi səhvlərlə dolu günümün sonunda
Sən, hədiyyəm, məni gözləyirsən
Balaca çiyinlərin, balaca əllərin
Günün sonunda mənim rahat yorğanım olurlar
Bu gün yaxşı iş gördün, həqiqətən çox çalışdın
Ümid edirəm ki mənim çiyinlərim və qalın əllərim
Sənin rahatlığın olarlar, yorucu gününün sonunda
Nəfəsimi təbii olarak səninkinə uyğunlaşdırmaq istəyirəm
İstədiyim qədər ağlaya bilmirəm və hətta istədiyim qədər gülə bilmirəm
Yorucu günün sonunda, amma yenə də sənin yanındayamsa
Uşaq kimi, ağlayıb sonra nəfəsim kəsilənə qədər gülə bilərəm
Özümü belə görməyə öyrəşməmişəm
Bu gün yaxşı iş gördün, həqiqətən çox çalışdın
Sən mənim hədiyyəmsən
- Artist:Jonghyun
- Album:Story Op.1