Ayrılıq lyrics

Songs   2024-07-06 07:23:52

Ayrılıq lyrics

Yenə bu şəhərdə üz-üzə gəldik,

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də biz xoşbəxt ola bilərdik,

Bəlkə də biz xoşbəxt ola bilərdik

Bəlkə də xoşbəxtik xəbərimiz yox...

Aradan nə qədər il keçib görən,

Tanıya bilmədim, məni bağışla!

Mən elə bilirdim sənsiz ölərəm,

Mən elə bilirdim sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla...

bizsiz yazılmışdır bu talei bu bəxt

Sapanddan atılan bir cüt daşıq biz.

Bəlkə bu dünyada on-onbeş il yox,

Bəlkə bu dünyada on-onbeş il yox,

sənin lə min ildir ayrılmışıx biz...

bizi kim atdadar bu ayrılıxdan

çatmaz dadımıza, nə yol, nə körpü

Ölüsən, dirisən, hər nəsən,

Dayan, dayan!

Heç olmasa əlindən öpüm....

See more
Azərin more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani, Turkish
  • Genre:
  • Official site:https://www.azerin.org/
  • Wiki:https://en.wikipedia.org/wiki/Azerin
Azərin Lyrics more
Azərin Also Performed Pyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved