12월의 기적 [Miracles In December] [12wol-ui gijeog] [Azerbaijani translation]
12월의 기적 [Miracles In December] [12wol-ui gijeog] [Azerbaijani translation]
Görə bilmədiyim
Səni tapmağa çalışıram
Eşidə bilmədiyim
Səni eşitməyə çalışıram
Sonra görə bilmədiyim şeyləri görməyə başladım
Eşidə bilmədiyim şeyləri eşitməyə
Çünki sən gedəndən sonra
Daha əvvəl sahib olmadığım bir güc əldə etdim
Həmişə sadəcə özünü tanıyan
Eqoist mən
Sənin qəlbini belə bilməyən
Qəlbsiz mən
Belə dəyişdiyimə
Mən belə inana bilmirəm
Sənin sevgin
Məni dəyişdirməyə davam edir
Sadəcə bunun haqqında düşünməklə belə
Bütün dünyanı səninlə doldura bilərəm
Çünki hər qar dənəsi
Sənin hər gözyaşındır
Edə bilmədiyim tək şey
Səni mənə gətirməkdir
Kaş ki bu lazımsız gücə
Artıq sahib olmasaydım
Həmişə sadəcə özünü tanıyan
Eqoist mən
Sənin qəlbini belə bilməyən
Qəlbsiz mən
Belə dəyişdiyimə
Mən belə inana bilmirəm
Sənin sevgin
Məni dəyişdirməyə davam edir
Zamanı dayandırıram
Və sənə geri gedirəm
Xatirə kitabımda
Sənin səhifəni açıram
Mən orada içəridəyəm
Oh~ho Mən səninləyəm
Çox kiçik və zəif bir insan
Sənin sevgin
Dəyişdirdi (bütün həyatımı)
Hər şeyi (bütün dünyanı) oh
Sevginə nə qədər minnətdar
Olduğumu bilmirdim
Bir dəfə bitəndə
Dayanacağını düşünmüşdüm
Amma hər gün özümü düzəldirəm
Səni istəyə bilmək üçün
Deyəsən sevgim
Sonusuza qədər davam edəcək
Zamanı dayandırıram (oh indi mən)
Və sənə geri gedirəm (sənə geri gedəcəyəm)
Xatirə kitabımda (oh bu gün yenə)
Sənin səhifəni açıram
Mən orada içəridəyəm
Oh~ho Bu qışın içində
Görə bilmədiyim
Səni tapmağa çalışıram
Eşidə bilmədiyim
Səni eşitməyə çalışıram
- Artist:EXO
- Album:Miracles In December (2013)