Pəncərə lyrics

Songs   2024-11-27 01:23:13

Pəncərə lyrics

Xatirələr oyatdi pəncərə nəyə görə

Hər şey başladi pəncərədən əvvəlcədən

Adi kəlmədən, daha nədən

Gəlməkdən, getməkdən

Məhəllə, məktəbdən

Bir yerdə, hə, gizlicə gəzməkdən

Ilk sevgi, məhəbbət beləcə yarandi

Bu tale, qismət gecə də qara di

O bilmədi başladi nədən soyüqluq

Gün gəldi, gorüşlər kəsildi, bir yolluq

Qalsa da sevdiyi uşaqliq illərinde

Yaşadi sevgisi ürəyinde, dərində

Bir gündə o qaldi yalqiz

Fikrində yalniz o qiz, o qiz

Ay məni məndən alib gedən

Dərdləri dərdə salib gedən

Ləzzəti çörəyimdə

Ağrisi kürəyimdə

Həsrəti ürəyimdə

Qalib gedən

Ləzzəti çörəyimdə

Ağrisi kürəyimdə

Həsrəti ürəyimdə

Qalib gedən

Gecə çatdi səhərə

Layla dedim şəhərə

Açilmadi bir kərə

Pəncərən, pəncərən, pəncərən

Pəncərən, pəncərən, pəncərən

Var bu məhəbbətin davami

Pəncərənin o yani

.......?

Yağişdan cizgilərdi dünyani o qiz

Yenə pəncərədə göründü

Kənardan adicə görüntü

Əslində xəstəlik, üzüntü

Həkimlər deyirdi şəfasiz

Oğlan düşünürdü vəfasiz

Pəncərədə görüşdü onun baxişlari

Pəncərədə öpüşdü onun baxişlari

Pəncərəyə düzdü naxişlari

Gözündən süzülən yağişlari

Çalişdi yarindan olsun uzaq

Səbəbi o qiza bəllidir ancaq

Bu sevgi naminə ayrilsaq acma

Pəncərəni açma uçma

Bir daha gəldim o yerlərə

Daniş kücə, daniş pəncərə

Bir ömür yaşayardiq

Bir günlük qovuşaydiq

Bir anliq qayidaydiq o illərə

Bir ömür yaşayardiq

Bir günlük qovuşaydiq

Bir anliq qayidaydiq o illərə

Gecə çatdi səhərə

Layla dedim şəhərə

Açilmadi bir kərə

Pəncərən, pəncərən, pəncərən

Pəncərən, pəncərən, pəncərən

Son nöqtəyə yaxinlaşmaq

Olmamaq qorxusunu aşmaq

Əziyyətlə rahatlaşmaq

Zülmdən zülmətə bir anliq uçuş

Payizin xəzan nəfəsi

Yolu qisaltmaq həvəsi

Ömrün sonuncu qəfəsi

Möhnətdən qismətə bir anliq uçuş

Nə acizlik, nə igidlik

Həm ölülük, həm dirilik

Bilmirikmi, bilmirik

Cəhlətdən (?) cənnətə bir anliq uçuş

Cəhlətdən cənnətə

Bəlkədən əlbətə

Birinci son dəfə

Xəlvətdən xəlvətə

Eyvandan həyətə bir anliq uçuş

Sürünməkdün qurtuluş

Gecə çatdi səhərə

Layla dedim şəhərə

Açilmadi bir kərə

Pəncərən, pəncərən, pəncərən

Pəncərən, pəncərən, pəncərən

See more
Dayirman more
  • country:Azerbaijan
  • Languages:Azerbaijani
  • Genre:Hip-Hop/Rap
  • Official site:http://www.facebook.com/pages/Deyirman/116869548386438
  • Wiki:http://az.wikipedia.org/wiki/D%C9%99yirman_(qrup)
Dayirman Lyrics more
Dayirman Featuring Lyrics more
Dayirman Also Performed Pyrics more
Excellent Songs recommendation
Popular Songs
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved